Rusiyada qəfil meydana çıxan “qanlı çay” sakinləri qorxutdu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kemerovo şəhərindəki Tom çayında su qan rəngini alıb.
Bu barədə Kemerovo vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti xəbər
verib.
Bildirilir ki, Cinayət Məcəlləsinin suyun çirklənməsi ilə bağlı maddəsi ilə
yoxlamalara başlanılıb. İlkin məlumatlara görə, rəngini dəyişmə bu gün müəyyən
olunub.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
İstintaq Komitəsi hadisənin baş vermə şəraitini müəyyən etmək üçün işlərə
başlayıb. İstintaq qrupu və Rusiyada “Rospotrebnadzor” idarəsinin
(İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal
Xidməti) regional şöbəsinin əməkdaşları hadisə yerinə gedib. Vəziyyətin
yoxlanılmasının nəticələrinə əsasən onlar hüquqi qiymət verəcək, lazım gəldikdə
isə müstəntiqlər prosessual qərar qəbul edəcəklər.
Mənbə: Kuzpress.su