5286d5c5-0297-4512-b6e7-93676bb3471a..jpg

Rusiyada qəzaya uğrayan “İl-76”nın “qara qutu”larının ilkin oxunması başa çatıb

Baxış sayı: 643 dəfə baxılıb.

Rusiyada qəzaya uğrayan “İl-76”nın “qara qutu”larının ilkin oxunması başa çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada qəzaya uğrayan “İl-76” təyyarəsinin “qara qutu”larının
ilkin oxunması başa çatıb.

Bu barədə xüsusi xidmət orqanlarının nümayəndəsi xəbər verib.

Məlumata görə, “qara qutu”ların texniki vəziyyəti məlumatların öyrənilməsi
üçün əlverişlidir.

“İlkin məlumatlar alınıb. Fakta əsasən, maksimum yarım saat deşifrə edilir,
sonra isə məlumatın dərk olunması gəlir”, – deyə mənbədən vurğulanıb.

Xatırladaq ki, qəza yanvarın 24-də Belqorodda
(Rusiya) baş verib. Hərbi təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin
əsir götürülmüş vəmübadilə üçün aparılan 65
hərbçisi, üç müşayiətçi və altı heyət üzvü olub. Qəzadan sağ qalanların
olmadığı müəyyən edilib.

RİA Novosti

Source link