Rusiya Baş Kəşfiyyat İdarəsinin keşmiş yefreytoru Nikita Belyankin Moskva ətrafında onlarla qafqazlı tərəfindən döyülərək öldürülb. Məlumata görə, iyunun 1-də, saat 23:30 radələrində Belyankin sevgilisi ilə restoranlardan birinin qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etməkm üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb.
Döyülən kişilərdən biri xəstəxanada yatır, ikincinin taleyi isə naməlumdur.
Nikita Belyankini öldürənlərin kimliyi hələ ki, naməlumdur. Onların Şimali Qafqaz əsilli insanlar olduğu ehtimal edilir. Axtarışları davam etdirilir.
Belyankin 2016-2017-ci illərdə Suriyada hərbi ezamiyyətlərdə olub və bir neçə dövlət mükafatına layiq görülüb. Xüsusi təyinatlıların dəstəsindən isə 4 illik müqavilə müddəti bitdiyi üçün bir neçə ay öncə ayrılıb.