Rusiyada sanksiyalara əməl edənləri həbs gözləyir

Rusiyada sanksiyalara əməl edənləri həbs gözləyir

Baxış sayı: 2. 666 dəfə baxılıb.

Rusiya Dövlət Dumasına Qərb sanksiyalarına əməl olunmasına görə cinayət məsuliyyətinin daşınması ilə bağlı qanun layihəsi təqdim olunub. 

ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu, parlamentin aşağı palatasının elektron bazasına yerləşdirilib. 

Layihədə bu qanunu pozanları dörd ilə qədər həbs və ya 600 min rubl cərimə gözləyir. 

Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə kömək edən rusları isə üç ilə qədər həbs cəzası və ya 500 min rubl cərimə gözləyir. 

Layihənin müəllifləri Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının üzvü Vyaçeslav Volodun, parlament fraksiyalarının rəhbəri İvan Melnikov, “Vahid Rusiya”nın birinci vitse-spikeri Aleksandr Jukov və “Vahid Rusiya” fraksiyasının sədrinin müavini Andrey İsayevdir. 

www.ÇıxışYolu.Com