2b82ae9a-fffd-468b-8da2-5a0869592c6e..jpg

Rusiyada saxlanılan azərbaycanlı qatil namus üstündə cinayət törədib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 759 dəfə baxılıb.

Rusiyada saxlanılan azərbaycanlı qatil namus üstündə cinayət törədib –
YENİLƏNİB + FOTO/VİDEO

Moskvada saxlanılan azərbaycanlı xüsusi təhlükəli cinayətkar Cabbar Yusifi
anasını təhqir edən şəxsi qətlə yetirdiyinə görə bir neçə ölkədə İnterpol xətti
ilə axtarışa verilib.

Bu barədə “İzvestiya”ya Yusifinin ilk məşqçisi Əsgər Kalaşov məlumat verib.

Kalaşovun sözlərinə görə, onun tələbəsi söhbət zamanı anasına təcavüz edən
şəxslə haqq-hesab çəkdiyini etiraf edib.

“Axtarış siyahısına salındıqdan sonra mənə zəng edərək dedi ki, anasına hücum
edən, ya zorlamağa cəhd edən, ya da artıq zorlayan şəxsi öldürüb. Onu
məqsədyönlü şəkildə əvvəlcə Rusiyada, sonra isə qaçdığı Ukraynada axtarıb”, –
deyə məşqçi bildirib.

16:02

Rusiyada Azərbaycandan olan xüsusi təhlükəli cinayətkar saxlanılıb.

Məlumata görə, o, avtomobili yoxlamaq üçün Moskva dairəvi yolunda dayanmaq
tələbinə məhəl qoymayıb. Bundan sonra polis qanun pozucusunu təqib etməyə
başlayıb. Cinayətkar avtomobili yaşayış evlərinin birinin yaxınlığında qoyaraq
qaçmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq atəşi
açaraq onu dayanmağa məcbur ediblər.

Polis axtarış zamanı cinayətkarın üzərində silah tapıb. Məlum olub ki, həmin
şəxs eyni vaxtda bir neçə ölkədə axtarışda olan Cabbar Yusifidir. Onun adı
Ukrayna vətəndaşının qəsdən öldürülməsinə görə “Interpol”un məlumat
bazasındadır. Bundan əlavə, 29 yaşlı gəncin adı qanunsuz silah saxladığı üçün
Rusiya bazasında qeydiyyatdadır.

Xatırladaq ki, Cabbar Yusifi Ukraynanın Dnepropetrovsk şəhərində 2021-ci il
aprelin 22-də nümayişkaranə qətl həyata keçirib. Belə ki, 42 yaşlı Məmmədov
Anar Xudakərim oğlunu azyaşlı uşağının yanında güllələyərək, hadisə yerindən
qaçıb.

Cabbar Yusifi özü peşəkar idmançıdır, dəfələrlə əlbəyaxa döyüş və yunan-roma
güləşi üzrə yarışlarda iştirak edib.

Mənbə: Kartoteka


Source link