Rusiyada silsilə terror hücumları törətmək istəyiblər

Baxış sayı: 4. 320 dəfə baxılıb.

Rusiyada silsilə terror hücumları törətmək istəyiblər

Rusiyanın DİN və Federal Təhlükəsizlik Xidməti əməkdaşları Xantı-Mansiysk muxtar dairəsində silsilə terror hücumları planlaşdıran terrorçu şəbəkənin üzvlərini saxlayıb.

Bu barədə TASS Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volka istinadən məlumat yayıb.

Volkun sözlərinə görə, saxlanılan şəxslər beynəlxalq terrorçu təşkilatların ideologiyalarına biət edib, həmçinin, Şimali Qafqaz bölgəsində fəaliyyətdə olan quldurlarla sıx əlaqələri olub.

Məlumata görə, onlar Surqut və Pıt-Yaxe şəhərlərində kirayələdikləri mənzillərdə gizli görüşlər təşkil edib.

Həmin görüşlərdə ekstremistlər hakimiyyət orqanlarının strateji obyektlərinə hücumların təşkil olunmasını, asayişin və sabitliyin pozulmasına yönəlmiş addımları müzakirə edib. Bundan başqa, terrorçular izdihamlı yerlərdə partlayışlar həyata keçirməyi planlaşdırıb.