Son dörd gün ərzində Rusiyanın Federal təhlükəsizlik xidməti (FTX) Dağıstan, Tatarıstan, Stavropol, Omsk və Ulyanovsk bölgələrində 12 qulduru və 14 terrorçunu zərərsizləşdirib.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə FTX-nın mətbuat xidməti məlumat yayıb.
Aprelin 21-də Stavropolda İŞİD qruplaşmasının liderinə beyət etmiş və odlu silah və kustar üsulla hazırlanmış partlayıcı qurğularla terror hücumları həyat keçirməyi planlaşdıran şəxs ifşa olunub.
Məlumata görə, həmin şəxs Stavropol diyarının hökumət binasında və FTX-nin bölgə üzrə idarəsində terror aktı törətməyə hazırlaşıb.