Rusiyada bu gün 18 mart prezident seçkiləri ilə əlaqədar “sükut günü”dür.
ÇıxışYolu.Com “Zvezda” telekanalına istinadən xəbər verir ki, ölkənin bütün bölgələrində seçkilərlə bağlı təbliğat-təşviqat qadağan edilib.
Ölkənin şərq bölgəsində olan böyük vaxt fərqinə görə, Kamçatka və Çukotkada qadağa dünən Bakı vaxtı ilə saat 16:00-da qüvvəyə minib.
Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək. Təşviqat eyni zamanda səsvermə prosesi ərzində qadağan edilir. Qadağanın sabah sonuncu seçki məntəqəsi bağlanana kimi (Bakı vaxtı ilə 22.00-a qədər) qüvvədə qalacağı bildirilir.