Rusiyada tələbə dostlarına atəş açdı, intihar etdi

Rusiyada tələbə dostlarına atəş açdı, intihar etdi

Baxış sayı: 2. 190 dəfə baxılıb.

N.A.Lunin adına Novosibirsk nəqliyyat texnologiyaları kollecinin filialında dərs zamanı silahlı insident baş verib.

ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə Barabinsk şəhərində baş verib. 

Məlumata əsasən, 17 yaşlı yeniyetmə üzərindəki silahdan tələbə yoldaşına atəş açıb. Bundan sonra o, intihar edib.

Həkimlər güllə yarası alan tələbənin vəziyyətin ağır olduğunu bildiriblər.

Daha iki nəfərin müxtəlif bədən xəsarətləri aldığı açıqlanıb.

www.ÇıxışYolu.Com