Rusiyada təxribat törədənlər üçün həbs yaşı endirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Federasiyası hökuməti Dövlət Dumasının Vahid Rusiyadan olan deputatı
Oleq Qarinin 14 yaşından təxribata görə cinayət məsuliyyətinin tətbiqini təklif
edən qanun layihəsini dəstəkləyib.
Bildirilib ki, qanun layihəsi Rusiyanın iqtisadi təhlükəsizliyinə və müdafiə
qabiliyyətinə təhdid kimi təxribat fəaliyyətinə qarşı mübarizənin
cinayət-hüquqi mexanizmini təkmilləşdirməyə yönəlib.
Hazırda ölkənin Cinayət Məcəlləsinin 20-ci maddəsi cinayət törətdiyi zaman
yalnız 16 yaşına çatmış şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə
tutur. Sənəd, həmçinin şəxsin 14 yaşından etibarən cinayət məsuliyyətinə cəlb
oluna biləcəyi əməllərin siyahısını müəyyən edir. Bunlara qətl, qəsb, girov
götürmə və vandalizm daxildir.
Qanun layihəsi bu maddənin ikinci hissəsinə təxribatla bağlı bəndin də əlavə
edilməsini təklif edir.
Mənbə: TASS