Rusiyanın Voronej bölgəsində “Bekas” yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.
ÇıxışYolu.Com xəbər verir ki, RİA Novosti agentliyi bununla bağlı regionun fövqəladə hallar idarəsinə istinadla məlumat yayıb.
Qəza Petropavlov rayonunda baş verib. Hadisə zamanı pilot həlak olub.
Məlumatlara görə, təyyarə kənd təsərrüfatı aviasiyasına aid olub və sahələri dərmanlamaq üçün havaya qalxıb.