Rusiyada tank adamları əzdi – VİDEO

Rusiyada tank adamları əzdi – VİDEO

Baxış sayı: 2. 097 dəfə baxılıb.

Sankt-Peterburqda “Döyüş dəmiri” festivalında “T-60” tankı iki nəfəri əzib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, zərərçəkənlər tankın üzərində əyləşib. Hərbi texnika kiçik yoxuşdan enən zaman onlar müvazinətlərini itirib və tankın tırtıllarının altına yıxılıb.

Məlumata görə, zərərçəkənlərdən biri topuğunu sındırıb, digəri yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, insidentin baş verdiyi “Döyüş dəmiri” festivalı hərbi-tarixi festivaldır. Festivalda təşkilatçılar ziyarətçiləri Birinci dünya müharibəsi texnikası ilə tanış edir.

.
www.ÇıxışYolu.Com