Rusiyanın Saratov vilayətində Federal Təhlükəsizlik Bürosunun (FTB) keçirdiyi əməliyyat nəticəsində terror aktını qarşısı alınıb.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə FTB bəyanat yayıb.
“Rusiyanın Federal Təhlükəsizlik Bürosunun həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Saratov vilayətində terrorçu qruplaşmanın üzvləri tərəfindən həyata keçiriləcək terror aktının qarşısı alınıb”, – deyə bəyanatda bildirilir.