e8a96909-50e0-45d9-8f3f-d66c639ff536..jpg

Rusiyada terror aktları törətməyi planlaşdıran silahlı şəxslər məhv ediliblər – YENİLƏNİB + VİDEO

Baxış sayı: 330 dəfə baxılıb.

Rusiyada terror aktları törətməyi planlaşdıran silahlı şəxslər məhv ediliblər
– YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nalçikdə keçirilən antiterror əməliyyatı zamanı iki silahlı məhv edilib.

Bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, quldur dəstəsinin üzvləri beynəlxalq terror təşkilatının
tərkibinə daxil olublar. Onlar Kabardin-Balkar Respublikası ərazisində bir sıra
diversiya və terror aktları törətməyi planlaşdırıblar.

Qurum əməliyyatın görüntülərini paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: TASS

11:36

Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə Rusiya təhlükəsizlik
qüvvələri ilə bir qrup yaraqlı arasında döyüş gedir. Bununla əlaqədar Nalçikdə
və Çerekski rayonunda səhər saatlarında antiterror əməliyyatı rejimi tətbiq
edilib.

Bu barədə Rusiya Milli Antiterror Komitəsi xəbər yayıb.

Məlumata görə, Nalçikdə quldur dəstəsi ilə toqquşma səhər saat 5 radələrində
baş verib – Rusiya Qvardiyasının zirehli maşını atəşə tutulub.

İlkin ehtimallara görə, quldur dəstəsinə 12-yə qədər yaraqlı daxildir. Onlar
silahı yerə qoyub hakimiyyətə təslim olmaq təklifinə cavab olaraq asayiş
keşikçilərinə atəş açıblar.

Təhlükəsizlik qüvvələri əməliyyatın görüntülərini paylaşıblar.

Mənbə: RT


Source link