Rusiyada güclü yanğın: 64 ölü – YENİLƏNİB + FOTO + VİDEO

Rusiyada güclü yanğın: 64 ölü – YENİLƏNİB + FOTO + VİDEO

Baxış sayı: 3. 423 dəfə baxılıb.

Rusiyanın İstintaq komitəsinin rəsmi nümayəndəsi Svetlana Petronko, Kemerovo şəhərinin “Qış albalısı” TM-də baş vermiş yanğınla əlaqədar özəl mühafizə şirkəti əməkdaşının həbs olunduğunu bildirib

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, buna səbəb həmin şəxsin yanğın siqnalının daxil olmasından sonra,  həyəcan-xəbərdarlıq sistemini söndürməsidir.

“Hal-hazırda insidentlə əlaqədar beş nəfər saxlanılıb və dindirilib. Onların arasında binaya sahib olan şirkətin texniki direktoru, binanın icarədarı, yanğın həyəcan siqnalına cavabdeh olan təşkilatın əməkdaşı və rəhbəri var, həmçinin yanğın siqnalı daxil olduqdan sonra, həyəcan-xəbərdarlıq sistemini söndürmüş özəl mühafizə şirkətinin əməkdaşı var” deyə bəyanatda qeyd olunur.  

12:54

Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov bildirib ki, Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı 64 nəfər ölüb.

ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadən xəbərinə görə, onlardan altı nəfərin meyiti dağıntılar altında qalıb.

“64 – son rəqəmdir”, – Puçkov deyib.

09:56

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 53 nəfərə çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

09:07

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 48 nəfərə çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Rusiya FHN məlumat yayıb.

Yanğın nəticəsində həlak olan 19 nəfərin meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib.

Hadisə zamanı 48 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

00:21

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

ÇıxışYolu.Com-ın TASS-a istinadən verdiyi xəbərə görə, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.

25.03.2017 23:49

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət və əyləncə mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı artıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, yanğın nəticəsində daha beş nəfərin meyiti tapılıb.

Bununla da, ölənlərin sayı 12-yə çatıb.

Xəsarət alanların sayı isə 43 nəfər qədər artıb.

19:53

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət və əyləncə mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı artıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, yanğın nəticəsində beş nəfər ölüb.

Onlardan üçü qadın, biri uşaq, biri isə kişidir.

17:01

Rusiyada ticarət mərkəzindəki yanğında ölənlərdən biri qadındır.

ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib:

“İlkin araşdırmalara görə, yanğın zamanı öləndən 3-ü uşaq və 1-i qadındır. Daha 26 nəfər yaralanıb. Onlar şəhərdəki tibb mərkəzlərinə müraciət ediblər. Bununla yanaşı, FHX əməkdaşlarının yanğının söndürülməsilə bağlı işləri davam edir”.

S.Petrenkonun sözlərinə görə, yanmış cəsədlər oyun meydançasında aşkar edilib.

15.52

Kemerovada yerləşən “Qış albalısı” ticarət mərkəzində baş verən yanğında dörd uşaq həlak olub.

ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Xidmətindən məlumat verilib.   

Uşaqlar yanan maddələrin tüstüsündən vəfat edib.

Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, yanğın yuxarı mərtəbədə başlayıb. Belə ki, həmin mərtəbədə kino zal və uşaq oyun meydanları yerləşir.

20 nəfər xilas edilib. 100 nəfər isə təxliyyə olunub.

www.ÇıxışYolu.Com