93590b93-6eb8-4db5-85e0-0ed638106291..jpg

Rusiyada universitetdə qətliam törədən gəncə hökm oxundu

Baxış sayı: 3. 040 dəfə baxılıb.

Rusiyada universitetdə qətliam törədən gəncə hökm oxundu

Rusiyanın Perm Vilayət Məhkəməsi 2021-ci ilin sentyabrında Perm Dövlət Milli
Araşdırma Universitetində qətliam törədən Timur Bekmansurovu ömürlük həbs
cəzasına məhkum edib.

Beləliklə, hakim ittiham tərəfinin vəsatətini təmin edib: prokurorlar
məhkəmədən maksimum cəza hökmü tələb ediblər.

Xatırladaq ki, 2021-ci il sentyabrın 20-də 1-ci kurs tələbəsi Bekmansurov
silahla universitetə girərək qarşısına çıxanıgüllələyib
. Hücum nəticəsində altı nəfər ölüb, 40-dan çox
insan yaralanıb. Bekmansurovun özü saxlanılarkən aldığıgüllə yarasına görə
ayağı baldırından amputasiya olunub.

Mənbə: RBK

Source link