Həştərxan vilayətinin keçmiş yanacaq-energetika və ətraf-mühitin mühafizəsi naziri Vitaliy Kurskov saxlanılıb.
ÇıxışYolu.Com “Life.ru”ya istinadən xəbər verir ki, keçmiş nazir uşaq pornoqrafiyası çəkməkdə şübhəli bilinir.
İlkin məlumata görə, keçmiş məmurun evində artıq çəkilmiş filmin 15 DVD diski, iş materialları ilə bağlı bir neçə sərt disk, telefon və kameralar tapılıb.
Axtarışın aparılmasına əsas, 15 yaşlı iki yeniyetmə qızın valideynlərinin polisə şikayət etməsi olub.
İddiaya görə, Kurskov uşaqların heç nəyi xatırlamaması üçün pornoqrafik görüntülərdən əvvəl onları külli miqdarda spirtli içki qəbul etməyə vadar edib.