6a160a93-e11f-45eb-ae7d-27c7997358a3..jpg

Rusiyada virus yayılmasına görə həyəcan təbili çalındı: 100 məktəbdə karantin elan edildi

Baxış sayı: 482 dəfə baxılıb.

Rusiyada virus yayılmasına görə həyəcan təbili çalındı: 100 məktəbdə karantin
elan edildi

Rusiyanın Saratov vilayətində qrip və kəskin respirator virus infeksiyalarının
(KRVİ) yayılması ilə əlaqədar həyəcan təbili salınıb. Belə ki, 17 məktəb və bir
uşaq bağçası karantinə bağlanıb. Bundan başqa, üç uşaq bağçasında dörd qrup,
həmçinin 83 məktəbdə 344 sinif qismən bağlanıb.

Bu barədə regional Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şöbədən əlavə ediblər ki, son bir həftə ərzində rayonda 11 mindən çox KRVİ
halı qeydə alınıb.

Yerli mütəxəssislər xəbərdarlıq edirlər ki, kəskin respirator virus
infeksiyaları herpes, kandidoz və gingivit kimi ağız xəstəliklərinin inkişafına
səbəb ola bilər. Məlumata görə, virusa yoluxma ağızda qızartı, qaşınma şəklində
özünü göstərir, selikli qişalarda isə ağ ərp və ya şişkinlik nəzərə çarpır.
KRVİ-nin başqa bir əlaməti, immunitetin düşməsi fonunda herpes virusunun
inkişafı ilə əlaqədar selikli qişada və dodaqların qırmızı sərhədində
qabarcıqların yaranmasıdır.

Mənbə: TASS

Source link