Rusiyada “X6” ilə iki nəfəri öldürən azərbaycanlı həbs edildi

Rusiyada “X6” ilə iki nəfəri öldürən azərbaycanlı həbs edildi

Baxış sayı: 4. 120 dəfə baxılıb.

Rusiyada “X6” ilə iki nəfəri öldürən azərbaycanlı həbs edildi

Rusiyanın Sankt-Peterburq şəhərində “BMW X6” ilə qəza törədən 30 yaşlı azərbaycanlı Murad Qasımov həbs edilib. 

“RAPSİ”nin yaydığı məlumata görə, bununla bağlı Peterburqun Kuybışevsk rayon Məhkəməsi qərar çıxarıb. 

Məlumatlara görə, qərara əsasən, Qasımov iki ay müddətinə – aprelin 23-dək həbs edilib. 

Xatırladaq ki, M.Qasımov aprelin 24-də Sankt-Peterburqun Nevsk prospektində səki ilə hərəkət edən beş piyadanı vurub. Onlardan ikisi hadisə yerində keçinib, üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Hadisədən sonra saxlanılan M.Qasımov sərxoş vəziyyətdə olduğunu etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, o, 2018-ci ilin noyabrında dəfələrlə yol hərəkəti qaydalarını pozduğu üçün sürücülük hüququndan bir il yarım müddətinə məhrum edilib.

Qeyd edilib ki, o, içkili vəziyyətdə avtomobili idarə edərkən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümü maddəsi ilə ittiham edilir.