Rusiyada yağışa görə vergi yığılır

Baxış sayı: 2. 766 dəfə baxılıb.

Rusiyada yağışa görə vergi yığılır

Kunqur şəhərində yağış suyuna görə vergi yığılır.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, yerli sakinlərə may ayından etibarən kanalizasiya, o cümlədən yağış sularının yığılması ilə bağlı kommunal xidmətlərə görə qəbzlər göndərilir.

İddiaya görə, sakinlər hər ay yağış sularına görə yeddi rubl ödəyəcək.  

Kunqur şəhər icra başçısının birinci müavini Andrey Dryomin əslində belə bir verginin olmadığını bildirib.

Onun sözlərinə görə, söhbət ümumbina ehtiyaclarından gedir və yalnız evə daxil olan yağıntı sularının kənarlaşdırılmasına görə pul tutulur.

.
www.ÇıxışYolu.Com