Rusiyanın Sverdlovsk əyalətində yanacaq daşıyan maşının partlamağı nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.
TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya DİN-nin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeriy Qorelıx bildirib.
“Qəza Karpinsk-Kıtlım yolunda baş verib. İlkin məlumatlara əsasən, yanacaq daşıyan “Ural” avtomobilinin sürücüsü maşının çəninin üstünə yeddi nəfər turistin çıxmağına icazə verib. Hadisə nəticəsində onlardan üçü ölüb”, – deyə Qorelıx bildirib.