Rusiyada yanğında itkin düşən üç nəfər sağ tapılıb

Rusiyada yanğında itkin düşən üç nəfər sağ tapılıb

Baxış sayı: 3. 738 dəfə baxılıb.

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğından sonra qohumlarının itkin düşdüyünü bildirdiyi üç nəfər sağ tapılıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Rusiya Araşdırmalar Komitəsindən məlumat verilib.

Qeyd edək ki, “Qış albalısı” ticarət mərkəzində martın 25-də yanğın baş verib. Nəticədə 64 nəfər həyatını itirib. Ölənlərdən 41-i uşaqdır. 

İndiyə qədər 27 cəsədin kimliyi müəyyən edilib. 

www.ÇıxışYolu.Com