3491a703-eda5-4c24-a512-93c5435b32cd..jpg

Rusiyada yaşayış binası raketlə vuruldu: Ölənlərin sayı artdı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 501 dəfə baxılıb.

Rusiyada yaşayış binası raketlə vuruldu: Ölənlərin sayı artdı – YENİLƏNİB +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belqorodda binanın çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat
xidmətindən məlumat verilib.

“Xilasedicilər Belqorodda dağıntılar altından daha üç nəfəri, o cümlədən iki
uşağı çıxarıblar”, – Rusiya FHN-dən bildirilib.

Daha sonra bir nəfərin də meyitinin tapıldığı məlum olub.

Mənbə: TASS

12.05.2024, 21:24

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə
çatıb.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

Həmçinin, 33 nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: “SHOT” “Telegram” kanalı

15:58

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində azı 17 nəfər xəsarət alıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko danışıb.

O bildirib ki, yaralıların hamısı xəstəxanadadır.

Ölənlər barədə isə rəsmi məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Belqorodun yaşayış məntəqələri
“Toçka-U” taktiki raket kompleksi, “Vilxa” və RM-70 “Vampir” reaktiv yaylım
atəşi sistemləri ilə hücuma məruz qalıb.

Mənbə: kommersant.ru

14:10

Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.

Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.

Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları
altında qaldığı ehtimal edilir.

Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq
təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.

Mənbə: 112 “Telegram” kanalı

Source link