Rusiyada yaşayış binası raketlə vuruldu: Yaralananların sayı artıb – YENİLƏNİB
+ VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində azı 17 nəfər xəsarət alıb.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko danışıb.
O bildirib ki, yaralıların hamısı xəstəxanadadır.
Ölənlər barədə isə rəsmi məlumat verilməyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Belqorodun yaşayış məntəqələri
“Toçka-U” taktiki raket kompleksi, “Vilxa” və RM-70 “Vampir” reaktiv yaylım
atəşi sistemləri ilə hücuma məruz qalıb.
Mənbə: kommersant.ru
14:10
Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.
Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.
Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları
altında qaldığı ehtimal edilir.
Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq
təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.
Mənbə: 112 “Telegram” kanalı