ecaf99a0-496f-4014-8a02-080200d9caae..jpg

Rusiyada yaşayış binasında partlayış baş verib: Ölən və zərərçəkənlər var – FOTO/VİDEO

Baxış sayı: 500 dəfə baxılıb.

Rusiyada yaşayış binasında partlayış baş verib: Ölən və zərərçəkənlər var –
FOTO/VİDEO

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, Rusiyanın Balaşixa şəhərində doqquzmərtəbəli yaşayış binasında qaz
partlayıb.

Saat 08:30-da Balaşixa şəhəri, Oktyabr küçəsi, 10 ünvanında yerləşən mənzilin
4-cü mərtəbəsində yerləşən yaşayış binasında qaz-hava qarışığının partlaması
barədə siqnal daxil olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bir nəfər ölüb, ən azı üç nəfər
xəsarət alıb, iki nəfər dağıntılar altında qalıb.

İdarənin mətbuat xidmətindən zərərçəkənlərin olduğu barədə məlumat verilib.
İdarədən, həmçinin aydınlaşdırıblar ki, hadisə yerində 26 nəfər və 8 texnika
işləyir, onlardan 7 nəfər və 2 texnika Fövqəladə Hallar Nazirliyinə məxsusdur.

Partlayış yerindəki dağıntılar altından ana və uşaq çıxarılıb. Onlara köməklik
göstərilir.

Partlayışın episentrinin olduğu mərtəbələrdən beton plitələr aşağıda yerləşən
mərtəbələrin üzərinə çöküb. Orada insanların qaldığı ehtimal olunur.

Balaşixa şəhərinin rəhbəri Sergey Yurov hadisə yerinə gəlib. Göstərilən
xidmətlərin təhlükəsizlik tələblərinə cavab verməməsi ilə bağlı cinayət işi
açılıb.

Son məlumatlara görə, üç mərtəbə uçub, iki eyvan dağılıb.

“Birinci bölmə gəldikdən sonra 3, 4 və 5-ci mərtəbələrdə plitələrin üçması
müşahidə edilir. İlkin məlumata görə, iki eyvan dağılıb”, – deyə mətbuat
xidmətindən bildirilib.

Mənbə: TASS


Source link