b6f79540-9ef6-4ccd-90fa-3d9839f3ff1b.webp

Rusiyada yeni qanun layihəsi təklifi: Uşaqsız qadınlar işə götürülməyəcəklər?

Baxış sayı: 156 dəfə baxılıb.

Rusiya Dövlət Dumasının deputatları parlamentin aşağı palatasına yeni qanun
layihəsi təqdim ediblər.

Layihə uşağı olmayan qadınları işə götürməkdən imtina edən işəgötürənlərə
bunun qadağan edilməsini nəzərdə tutur.

Bu barədə Cixisyolu.com “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, təşəbbüsün müəllifləri Yaroslav Nilovun rəhbərlik etdiyi Rusiya
Liberal Demokrat Partiyasının deputatlarıdır.

Tərtibatçılar Əmək Məcəlləsinə bu qəbildən dəyişikliklərin edilməsi zərurətini
onunla izah ediblər ki, işəgötürənlər gənc, hazırda uşağı olmayan qadınları işə
qəbul etməkdən çəkinirlər, çünki onların gələcəkdə analıq məzuniyyətinə gedə
biləcəklərindən ehtiyat edirlər.

Deputatlar hesab edirlər ki, işəgötürənlər Rusiya Federasiyasının Əmək
Məcəlləsinin 64-cü maddəsini məhz belə şərh edə bilərlər. Bunun qarşısını almaq
üçün də bu cür qanunvericilik təşəbbüsü irəli sürülüb.

Sənəddə, həmçinin uşaq üç yaşına çatana qədər qadının analıq məzuniyyətindən
geri çağırılmasının qadağan edilməsi də nəzərdə tutulur.

Yaroslav Nilovun sözlərinə görə, “Ailə ili”ndə hazırlanan qanun layihəsi
analığın dəstəklənməsinə və qadınların işləmək hüququnun təminatlarının
artırılmasına istiqamətlənib.

Source link