b36a7c84-f776-4654-9953-59b268643ca0..jpg

Rusiyadakı Azərbaycan diasporu Türkiyəyə maddi və humanitar yardım göndərib – FOTO

Baxış sayı: 804 dəfə baxılıb.

Rusiyadakı Azərbaycan diasporu Türkiyəyə maddi və humanitar yardım göndərib –
FOTO

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən Rusiyada fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal
iştirak edirlər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Sverdlovsk vilayətində və Yekaterinburq şəhərində
fəaliyyət göstərən “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional
təşkilatı indiyədək 642 min manat (28 milyon rubl) dəyərində humanitar yardımı
qardaş ölkənin zəlzələ bölgəsinə yola salıb.

Bundan başqa, “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional
təşkilatı Kurqan və Tümen vilayətlərindəki Azərbaycan icmaları ilə birlikdə 86
400 manat məbləğində humanitar yardımı (72 biotualet) Türkiyəyə göndərib.

Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz”
Azərbaycan Milli-Mədəni Muxtariyyəti 81 min manat (3 milyon rubl) dəyərində
humanitar yardımı Türkiyənin Novorossiysk şəhərindəki Baş konsulluğuna təhvil
verib. Bu kampaniyada “Araz”ın Pyatiqorsk, Kislovodsk, Mineralnıye Vodı,
Yessentuki, Georgiyevsk, Budyonovsk, Nevinnomıssk, Stavropol şəhərlərindəki
təşkilatları, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikalarındakı Azərbaycan
diaspor təşkilatları üzvləri və Şimali Qafqazda yaşayan müxtəlif icmalar
iştirak ediblər.

“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional
ictimai təşkilatı 81 300 manat (3,5 milyon rubl) dəyərində maddi və humanitar
yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna təhvil verib

Tatarıstanın Leninoqorsk rayonunda və şəhərindəki Azərbaycan diasporunun da
daxil olduğu “Türkiyəyə yardım” Azərbaycan təşəbbüs qrupu 1 milyon 650 min rubl
nağd vəsaiti müvafiq hesaba köçürüb və toplanan humanitar yardımı Türkiyənin
Kazan şəhərindəki Baş konsulluğuna təqdim edib.

Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 55 min manat (2 milyon 345 min
rubl) məbləğində maddi və humanitar yardımı Türkiyənin Tatarıstandakı Baş
konsulluğu vasitəsilə qardaş ölkəyə çatdırıb.

“Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə azərbaycanlıların
milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatı qardaş ölkəyə 45 min manat
(1,5 milyon rubl) dəyərində maddi və humanitar yardım göstərib.

Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan
azərbaycanlı iş adamları 34 min manat dəyərində humanitar yardımı Türkiyənin
Sankt-Peterburqdakı Baş konsulluğuna təhvil verib. Sankt-Peterburqdakı
Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi 3200 manat (140 min rubl) maddi vəsaiti
Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğunun hesabına köçürüb və zəlzələdən
zərərçəkən 250 nəfər üçün humanitar yardım təhvil verib.

“Perm diyarı üzrə Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyəti”
ictimai təşkilatı 35 min manat (1,5 milyon rubl) dəyərində çadır və qızdırıcı
avadanlıqlardan ibarət humanitar yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna
göndərib.

İndiyədək Yaroslavl vilayətindəki Azərbaycan icması 23 min manat (1 milyon
rubl), Krasnoyarsk Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 22 min manat (1
milyon rubl), “Azərbaycan” Çelyabinsk ictimai təşkilatı 11 600 manat (500 min
rubl), “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai
Təşkilatı 9400 manat (400 000 rubl), Samara Vilayəti Azərbaycanlıları Liqası 7
600 manat (328 min rubl), “Rusiya Azərbaycan Qadınları” İctimai Təşkilatı 5 636
manat (244 min rubl), Kirov şəhərindəki ‘Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi
Regional Təşkilatı 2330 manat (100 min rubl), Solikamskdakı Azərbaycan diasporu
2330 manat (100 min rubl), İvanovodakı Azərbaycan diasporu 2330 manat (100 min
rubl), Komi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 2330 manat (100 min
rubl) məbləğində maddi və humanitar yardım göstərib.

Source link