Rusiyadakı yanğında ölənlər arasında azərbaycanlılar var? – YENİLƏNİB

Rusiyadakı yanğında ölənlər arasında azərbaycanlılar var? – YENİLƏNİB

Baxış sayı: 4. 834 dəfə baxılıb.

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə ÇıxışYolu.Com-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycannın Rusiyadakı səfirliyinə verilən ilkin məlumata əsasən, ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.

11:09

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Bu barədə ÇıxışYolu.Com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar.

Qeyd edək ki, “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb.

www.ÇıxışYolu.Com