Rusiyadan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyadan Azərbaycana idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella
aşkarlanıb.
Bu barədə Cixisyolu.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat
verilib.
Qeyd olunub ki, “Ladess Group” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi
“Stavropolskiy Broyler” MMC-nin “Nevinnomısskiy” filialının istehsalı olan
ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan nümunələr
götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq
laboratoriyasına təqdim edilib.
Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası
aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin
hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.