449d0e45-85f6-43c0-b050-a5b4f3ae1f45..jpg

Rusiyadan Ermənistana NATO ilə bağlı XƏBƏRDARLIQ – VİDEO

Baxış sayı: 431 dəfə baxılıb.

Rusiyadan Ermənistana NATO ilə bağlı XƏBƏRDARLIQ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əgər Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nə qədər təhlükəsiz
olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün
keçirdiyi brifinqdə News.ru-nun İrəvanın NATO ilə yaxınlaşmasına cəhd etməsinə
dair sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, belə qərarlar qəbul etməzdən əvvəl rəsmi İrəvan ölkənin
özündəki vəziyyəti təhlil etməlidir.

“Siz Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, onun üçün
nəyin faydalı olduğunu, nəyin qısamüddətli fayda gətirdiyini və nəyin
uzunmüddətli fayda verdiyini başa düşməlisiniz və bundan çıxış etməlisiniz.
Qərb hamıya vədlər verir. Mənə sadəcə maraqlıdır, onlar harada və nəyi yerinə
yetiriblər?!” – deyə rusiyalı diplomat vurğulayıb.

Source link