Rusiyadan LGBT hərəkatına zərbə
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyada Maliyyə Monitorinqi üzrə Federal Xidmət (Rosfinmonitorinq) ölkədə
qadağan olunmuş LGBT beynəlxalq ictimai hərəkatını terrorçular və ekstremist
təşkilatlar siyahısına əlavə edib.
Bu barədə xidmətin saytında məlumat verilib.
Siyahıya həmçinin təşkilatın struktur bölmələri də daxil edilib.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Rusiya Federasiyasının Ali Məhkəməsi
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin LGBT hərəkatının ekstremist təşkilat
kimi tanınması ilə bağlı iddiasına baxıb və təmin edib.
Mənbə: octagon.media