a2ec668e-0d73-4164-af9d-77573bdbbb70..jpg

Rusiyadan qaçan məşhur aktyor Estoniyada həbs olundu – VİDEO

Baxış sayı: 481 dəfə baxılıb.

Rusiyadan qaçan məşhur aktyor Estoniyada həbs olundu – VİDEO

Rusiyaya qarşı bəyanatları ilə tanınan rusiyalı aktyor Aleksey Panin Estoniya
polisi tərəfindən saxlanılıb.

Bu barədə mediada kadrlar paylaşılıb.

Məlumata görə, tez-tez epataj tərzli çıxışları ilə gündəm olan Panin sərxoş
olub və hoteldə olduğunu zənn edərək yad şəxslərin evinə soxulmağa çalışıb.

Bundan sonra o, yerli ayıltma məntəqəsinə aparılıb.

Bildirilir ki, Panin inzibati xəta törətdiyinə görə Estoniyadan Rusiyaya
deportasiya oluna bilər.

Lakin “terrorçuluğa bəraət qazandırmaq”da şübhəli bilinərək Rusiya hökuməti
tərəfindən beynəlxalq axtarışa verilən aktyoru vətənində beş ilə qədər həbs
gözləyir. Bu səbəbdən Estoniya hökuməti siyasi səbəblərdən onu deportasiya
etməyə bilər.

Rəsmi olaraq Panin və onun nümayəndələri vəziyyətlə bağlı şərh verməyiblər.

Qeyd edək ki, aktyor Ukraynaya qarşı müharibəni dəfələrlə pisləyib və ölkəsini
tərk edib.

Mənbə: Gazeta.ru


Source link