e7e9f9df-f761-4b87-a29e-0392ade2f4fb..jpg

Rusiyadan qorxunc görüntülər: Avtomobil hərbçilərin kolonuna çırpıldı – VİDEO

Baxış sayı: 405 dəfə baxılıb.

Rusiyadan qorxunc görüntülər: Avtomobil hərbçilərin kolonuna çırpıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kamçatka vilayətində yüksək sürətlə gələn avtomobil magistral yolda
hərəkət edən hərbçilərin kolonuna çırpılıb.

Qəza Petropavlovsk-Kamçatski-Elizovo magistralının 26-cı kilometrliyində,
hərbi hissənin yaxınlığında baş verib.

İlkin məlumata görə, avtomobilin sükanı arxasında da elə hərbçi olub.

Hərbçilərdən birinin işığı əks etdirən jilet geyindiyi məlum olub. Lakin
sürücü bunu görməyə macal tapmayıb və saatda təxminən 80 kilometr sürətlə
hərəkət etdiyi üçün kolona çırpılıb. Nəticədə 11 hərbi qulluqçu yaralanıb,
yaralıların bəziləri xəstəxanaya yerləşdirilib, bəzilərinə yerində tibbi yardım
göstərilib.

Mənbə: Lenta.ru, “Baza” “Telegram”


Source link