6aa3ef12-d884-4fd8-a8a8-565a333c8615..jpg

Rusiyalı artist Maksim Qalkinin qəsri əlindən alınacaq? – FOTO

Baxış sayı: 661 dəfə baxılıb.

Rusiyalı artist Maksim Qalkinin qəsri əlindən alınacaq? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı artist Maksim Qalkinin qəsri əlindən alınmayacaq.

Bu barədə Rusiya Federasiya Şurasının ordu barədə saxta məlumatlar və ölkənin
təhlükəsizliyinə qarşı cinayətlərə görə əmlakın müsadirə edilməsi haqqında yeni
qanunla bağlı açıqlamasından məlum olub. Bildirilir ki, yeni qanunda tam
müsadirə nəzərdə tutulmayıb, bu barədə heç bir qeyd yoxdur.

Bu o deməkdir ki, Qalkinin Moskva əyalətinin Qryaz kəndindəki qəsrinin taleyi
ilə bağlı narahat olmağa dəyməz. Əlbəttə, bir şərtlə ki, onu icarəyə verərək,
alınan pulu Ukrayna Silahlı Qüvvələrinin, yaxud Rusiyada qadağan olunmuş hər
hansı təşkilatın ehtiyaclarına xərcləməsin.

Həmçinin parodiyaçının Rusiya əleyhinə şüarlar səsləndirdiyi konsertlərdə
tamaşalardan gələn qonorar müsadirə oluna bilər.

Mənbə: MK.ru

Source link