Rusiyanın Tula bölgəsində məhkəmə doqquz Azərbaycan vətəndaşını öz evində qeydiyyata salan şəhər sakini barədə qərar çıxarıb.
ÇıxışYolu.Com bununla bağlı Rusiya KİV-ə istinadla xəbər yayıb.
Məlumatlara görə, cinayətlər ötən il noyabrın 30-dan bu ilin martına qədər olan dövrdə törədilib. Şəhər sakini bununla varlanmaq istəyib.
Əlbəttə ki, qeydiyyata alınanlar ondan yaşamaq üçün ev tələb etməyib. Həmin şəxs əməlini etiraf edib və məhkəmənin qərarı ilə o, 100 min rubl (1460 dollar – red.) məbləğində cərimə ödəməli olub.