Rusiyalı balerina ilə çılpaq videosu yayılan aktyorun arvadından dəstək
paylaşımı gəldi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyalı balerina Anastasiya Voloçkovanın evindəki “çılpaq gecə”dən videosu
yayılan aktyor və şoumen Nikita Ciqurdanın arvadından dəstək paylaşımı gəlib.
48 yaşlı fiqurist Marina Anisina “İnstagram” hesabında əri ilə videosunu
yayımlayıb. Videoda cütlüyün fotosessiyasından kulis görüntüləri yer alıb.
Kadrlarda mehriban ər-arvad bir-birini qucaqlayır və öpür.
“Mən həmişə özümü sevimli ərimlə çox yaxşı hiss edirəm. Sevdiyimiz insana
günəş, hava və su kimi ehtiyacımız var”, – deyə qadın videonun altına şərh
yazıb.
Videonu izləyən sosial şəbəkə istifadəçiləri paylaşıma fərqli reaksiyalar
veriblər.
Bəziləri hesab edib ki, Marina Anisina bununla Ciqurdanın ona hörmətsizliyinə
göz yumur, digərləri isə əksinə, onun cəsarətinə heyran qaldıqlarını qeyd
ediblər.
Videonun altında “Əri onu aldadır, amma onun üçün hər şey gözəldir. İnsan
özünə nə dərəcədə hörmətsizlik etməlidir ki…”, “Əminsiniz ki, o özünü sizinlə
yaxşı hiss edir? O, öz davranışı ilə sizi ictimaiyyət qarşısında alçaldır. Axı
sizdə özünəhörmət hissi olmalıdır”, “Əsl qadın məhz belə davranmalıdır. Əri
bütün dünyaya rüsvay ediləndə onun müdafiəsinə qalxmalıdır”, “Nikita hər
növbəti dəfə səhv edəndə Marina həmişə yaxşı nəsə yazır”, “Sanki o, hamını lağ
edir” kimi ifadələr yer alıb.
Xatırladaq ki, məşhur rusiyalı balerina Anastasiya Voloçkovanın evində təşkil
olunan şənlikdən yayılan videogörüntülər qalmaqala səbəb olub.
Videoda yarıçılpaq halda olan Anastasiya Voloçkovanın və rusiyalı aktyor
Nikita Ciqurdanın olduqca səmimi görüntüləri yer alıb. Görüntülərdə cütlük
qeyri-etik hərəkətlər sərgiləyərək rəqs edir, daha sonra Nikita Ciqurda
balerinanı soyundurur və sadəcə alt geyimində qalan qadına qarşı etik olmayan
hərəkətlərinə davam edir.
Mənbə: Gazeta.ru