Tanınmış səyahətçi-bloqer Aleksandr Çeban Heydər Əliyev aeroportunu dünyanın ən gözəl hava limanı adlandırıb və onu Madriddəki Baraxas aeroportuna bənzədib.
ÇıxışYolu.Com xəbər verir ki, bloqer bununla bağlı “Facebook” hesabında məlumat yerləşdirib.
Bloqer Bakı aeroportunun fotolarını sosial şəbəkədə paylaşıb və öz izləyicilərini bu aeroporta baş çəkməyə çağırıb.
“Bu, Bakıdır və Heydər Əliyev Beynəlxalq Aeroportudur! Mən yeni terminalın interyeri barədə dəfələrlə yazmışam, ancaq bir müddət öncə onun havadan çəkilmiş fotolarını gördüm. Şəhər aeroportdan başlayır. Ancaq hətta bura aeroporta görə gəlməyə dəyər”, – bloqer deyib.
Bakı aeroportundan çəkilmiş görüntüləri təqdim edirik:
Əli Məmmədov
www.ÇıxışYolu.Com