0d5bbee9-0da6-423d-9557-e0a9b1f35307.webp

Rusiyalı ekspert: “Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir”

Baxış sayı: 181 dəfə baxılıb.

“Oktyabrın 24-də Azərbaycan əleyhinə qətnamə qəbul edən Avropa Parlamenti
Bakının COP29 iqlim konfransının qlobal məqsədlərinə nail olmaq səylərini
nüfuzdan salmaq və ümumiyyətlə Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmaq
məqsədi güdür”.

Bu barədə “Report”a siyasi ekspert Yevgeni Mixaylov bildirib.

Ekspert hesab edir ki, Avropa Parlamentinin bu addımlarının arxasında Bakının
ən mühüm təhlükəsizlik aktorlarından biri olduğu Cənubi Qafqaz regionunda
sabitliyi pozmaq cəhdi durur.

Onun fikrincə, qlobal qarşıdurma şəraitində Qərb indi öz əhəmiyyətini
göstərmək və öz oyun qaydalarını qəbul etdirmək üçün maksimum səy göstərir.

Y.Mixaylov bu qətnaməni Avropa parlamentarilərinin gizli paxıllığı və nifrəti
kimi qiymətləndirib.

O, həmçinin avroparlamentarilərin bu “fəallığını” onların Azərbaycanı COP29-a
ev sahibliyi edən tərəf kimi qəbul etməmələri ilə əlaqələndirib.

“Düşünürəm ki, Avropa Parlamentinin anti-Azərbaycan bəyanatlarına
təəccüblənmək lazım deyil. Təşkilat üçün bu artıq normal praktikaya çevrilib.
İndi Avropa Parlamentinin bütün addımları beynəlxalq iqlim konfransına ev
sahibliyi etməyə hazırlaşan Azərbaycanı nüfuzdan salmağa yönəlib”, – politoloq
bildirib.

Y.Mixaylov əlavə edib ki, Avropa Parlamentinin noyabrda Bakıda keçiriləcək
iqlim konfransını nüfuzdan salmaq planları uğursuzdur:

“Şübhəm yoxdur ki, tədbir ən yüksək səviyyədə keçiriləcək. Burada bir atalar
sözü yerinə düşür: it hürər, karvan keçər. Bakının qətiyyən çəkinəcəyi bir şey
yoxdur. Kazanda BRICS sammitində dünyanın ən böyük liderləri tərəfindən COP-un
Bakıda keçirilməsinə dəstək ifadə olunub”, – deyə o, fikrini yekunlaşdırıb.

Source link