be652de1-0694-4491-9566-6c3ec85cf3d6..jpg

Rusiyalı ekspert: “Ermənistanda Aİ missiyasının yerləşdirilməsi danışıqlar prosesinə mane olacaq” – FOTO

Baxış sayı: 758 dəfə baxılıb.

Rusiyalı ekspert: “Ermənistanda Aİ missiyasının yerləşdirilməsi danışıqlar
prosesinə mane olacaq” – FOTO

“Ermənistan ərazisində, Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının
(Aİ) uzunmüddətli mülki missiyasının yerləşdirilməsi rəsmi Bakı ilə İrəvan
arasında münasibətlərin normallaşması istiqamətində destruktiv addımdır”.

Bunu “Report”a Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq
Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi,
tarix elmləri namizədi Stanislav Pritçin bildirib.

O deyib ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması
baxımından missiyanın yerləşdirilməsi heç bir halda danışıqlar prosesinə kömək
etməyəcək, əksinə, buna mane olacaq:

“Ermənistan bu missiyanın yerləşdirilməsini Aİ-nin dəstəyinin təzahürü kimi
qəbul edəcək, sülh müqaviləsi imzalamağa və hətta 2020-ci ildə imzalanmış
üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə maraq
göstərməyəcək”.

S.Pritçin bir qədər əvvəl tərəflər arasında qarşıdurmanı azaltmaq üçün iki
aylıq müddətə analoji missiya yerləşdiriləndə Ermənistan ilə Azərbaycan
arasında sülh müqaviləsinin imzalanması ilə bağlı əsas məsələlərin öz həllini
tapmadığını diqqətə çatdırıb.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının XİN rəhbərləri “Qafqazda
münasibətlərin normallaşmasını təşviq etmək” üçün Ermənistanda ikiillik mandata
malik mülki missiyanın yerləşdirilməsini təsdiqləyiblər.

Source link