31965ce9-dce6-432a-87a4-1421a1aaf280..jpg

Rusiyalı ekspert: “Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığını sübut edir”

Baxış sayı: 508 dəfə baxılıb.

Rusiyalı ekspert: “Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik
bağlandığını sübut edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağdakı Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl çıxarılması
barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı
münasibətləri yeni dövrə qədəm qoyur”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspert Aleksey
Naumov bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə iki
ölkə arasındakı münasibətlərdə yeni mərhələ açılır.

“Bu, bir vaxtlar Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin guya
Moskva ilə Bakı arasında razılaşma əsasında olmadığının, işğal olduğunun,
Rusiyanın Azərbaycanın inkişafına maneə olmaq üçün bu addımı güclə atdığına
dair deyilənlərin boş söhbətlər olduğunu göstərdi. Biz gördük ki, Rusiya
sülhməramlı kontingentinin Qarabağda mövcudluğu istisnasız olaraq Moskva ilə
Bakı arasında olan razılaşmadan asılıdır. İki müttəfiq ölkənin rəhbərliyi
nəticəyə gəldilər ki, sülhməramlıların Qarabağda qalmasının mənası yoxdur.
Hətta, heç kəs 2025-ci ili gözləmədi. Hesab edirəm ki, bu, harmoniyalı,
qarşılıqlı sərfəli və məntiqlə dolu olan Moskva ilə Bakı arasındakı
münasibətlərə Rusiya sülhməramlı kontingentinin lazım olmadığını göstərir. Mən
bütün azərbaycanlı dostlarımı bu əlamətdar tarix münasibətilə təbrik edirəm.
Bu, Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir. Qarabağ məsələsi artıq
birdəfəlik qeyd-şərtsiz bağlandı. Düşünürəm ki, biz sizinlə Rusiya-Azərbaycan
münasibətlərinin tam harmoniyalı inkişafı yolunda son maneənin necə
götürüldüyünü görürük. Daha Rusiya-Azərbaycan münasibətlərində ağrılı nöqtələr,
ağrılı məsələlər yoxdur. İndi bu münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamənin ruhunda inkişaf edə və Rusiya və Azərbaycan xalqlarının
xeyrinə işləyə bilər”, – Naumov qeyd edib.

Source link