Rusiyalı general: Türkiyə İdlibdə aktivdir

Baxış sayı: 2. 822 dəfə baxılıb.

Rusiyalı general: Türkiyə İdlibdə aktivdir

Türkiyə İdlibdə atəşkəsin qorunması üçün aktiv şəkildə tədbirlər görür.

Sputnik Türkiyə”nin məlumatına görə, bu sözləri Suriyada Tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-mayor Aleksey Bakin deyib.

“Türk həmkarlarımızın İdlibdə atəşkəs rejiminin qorunması ilə bağlı aktiv hərəkət etdiyini görürük”, – A.Bakin bildirib.

General-mayor onu da vurğulayıb ki, tərəflər (Rusiya, Türkiyə və İran – red.) daim təmasda olaraq Astana formatındakı razılaşmalar çərçivəsində hərəkət edirlər.

Qeyd edək ki, İdlibdə gərginliyin azaldılması, regionda təhlükəsiz bölgənin yaradılması ilə bağlı Türkiyə, Rusiya və İran Astana formatı çərçivəsində danışıqlar aparır.