Rusiyalı hərbi qulluqçular Suriyanın Duma şəhərində kimyəvi silah istehsalı üçün nəzərdə tutulan maddələrin saxlanıldığı anbarı aşkarlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Zvezda” telekanalı məlumat yayıb.
Saxlancın yaşayış evinin zirzəmisində yerləşdiyi və onun kimya laboratoriyasının cihaz və ləvazimatları ilə təchiz olunduğu bildirilir.
“Orada kükürd və azot ipritinin hazırlanması üçün tələb olunan tiodiklikol, dietanolamin maddələri aşkarlanıb. Bundan başqa saxlancda xlor balonu olub.
Belə bir nəticəyə gəlmək olar ki, bu laboratoriyadan qanunsuz hərbi birləşmələr zəhərli maddələr hazırlamaq məqsədi ilə istifadə edib”, – deyə Rusiya SQ-nin radiasiya-kimyəvi mühafizə qoşunlarının mütəxəssisi Aleksandr Rodionov bildirib.