Rusiyalı hokkeyçilər finala çıxdı

Rusiyalı hokkeyçilər finala çıxdı

Baxış sayı: 8. 868 dəfə baxılıb.

Qış Olimpiya Oyunlarında kişilər üzrə hokkey turnirinin yarımfinal matçında Rusiya yığması Çexiyanı 3:0 hesabı ilə məğlub edərək, finala vəsiqə qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Hesabı oyunun 28-ci dəqiqəsində Nikita Qusev açıb. Çexiya yığmasının məşqçisi vurulmuş şaybada qayda pozuntusunun olduğunu – hokkeyçinin qapıçıya hücum etdiyini iddia edib.

Təkrar görüntüyə baxdıqdan sonra hakim meydançanın mərkəzini işarə edib. Bir dəqiqədən sonra Oleq Znarkın komandası üstünlüyü daha da artırıb. Vladislav Qavrikov xal fərqini ikiyə çatdırıb. Üçüncü periodun sonunda isə İlya Kovalçuk şaybanı rəqib qapıdan keçirib.

Bundan əvvəl 1/4 finalda rusiyalı hokkeyçilər Noveç millisini 6:1 hesabı ilə darmadağın etmişdi. 

Turnirin ikinci finalçısı Almaniya – Kanada görüşündən sonra bəlli olacaq.

Qeyd edək ki, final oyunu fevralın 25-i, Bakı vaxtı ilə saat 08:10-da başlayacaq

www.ÇıxışYolu.Com