1364fdf5-d2b3-4dd1-9dd2-a656cbb12c75..jpg

Rusiyalı ifaçıya çağırış vərəqəsi gəldi: Səhnədə konsert zamanı huşunu itirdi – FOTO/VİDEO

Baxış sayı: 1. 691 dəfə baxılıb.

Rusiyalı ifaçıya çağırış vərəqəsi gəldi: Səhnədə konsert zamanı huşunu itirdi
– FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

23 yaşlı ifaçı, Xolidayboy (əsl adı İvan Minayev) adı ilə tanınan “TikTok”
istifadəçisi Stavropolda “Abrikos-Arena” səhnəsində çıxışı zamanı huşunu itirib.

Məlumata görə, ifaçının çıxış etdiyi zal olduqca isti olub və o, özünü pis
hiss etməyə başlayıb, daha sonra huşunu itirib. Konsert təşkilatçıları və
təhlükəsizlik işçiləri onu huşsuz vəziyyətdə səhnə arxasına aparıb və orada
tibbi yardım göstəriblər.

İfaçı xəstəxananın nevrologiya şöbəsinə yerləşdirilib. Ona vegetativ sinir
sisteminin pozulması diaqnozu qoyulub. Xolidayboyun vəziyyəti orta ağır və
depressiv olaraq qiymətləndirilir. Məlumata görə, Stavropol hava limanına
çatanda ona orada hərbi komissarlıq işçiləri tərəfindən çağırış vərəqəsi təqdim
edilib. Musiqiçinin depressiyasına və huşunu itirməsinə də hərbi komissarlığa
çağırışın səbəb ola biləcəyi ehtimal edilir.

İfaçının sözlərinə görə, o, narkotikdən istifadə etməyib.

Qeyd edək ki, oktyabr ayında Xolidayboyun Rusiyada konsertləri ləğv olunmağa
başlayıb. Bu addım onun ukraynayönümlü bəyanatları, boyalı dırnaqları və
bədənindəki tatuajları ilə əsaslandırılıb. Həmçinin sosial şəbəkələrdə onun
ukraynalı olduğunu etiraf etdiyi görüntülərin tapıldığı bildirilir.

Mənbə: “SHOT” “Telegram”


Source link