10c662e6-2b4f-4123-b577-8cdfc46ec47a..jpg

Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb

Baxış sayı: 533 dəfə baxılıb.

Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın müxalif ictimai xadimi olan jurnalist və publisist, xüsusi rejimli
koloniyada 25 il həbs cəzası çəkən Vladimir Kara Murza “Pulitzer” mükafatına
layiq görülüb.

Məlumata görə, Murza həbsdə olarkən “The Washington Post” üçün yazdığı bir
sıra köşə yazılarına görə mükafata layiq görülüb.

2023-cü ilin aprelində Moskva şəhər məhkəməsi Vladimir Kara Murzanı ciddi
rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, “Pulitzer” mükafatı ABŞ-də jurnalistika, ədəbiyyat, musiqi və
teatr sahələrində ən məşhur mükafatlardan biridir.

Mənbə: kommersant

Source link