b1347524-cc9c-4a46-bfe7-32f60e8ee164.jpg

Rusiyalı məşhur aktyor boş səhifələri olan kitabından heyrətamiz gəlir əldə etdi

Baxış sayı: 41 dəfə baxılıb.

Rusiyalı tanınmış aktyor, prodüser, bəstəkar və teleaparıcı İvan Urqant
“Həyatın şişmiş vəziləri” adlı boş səhifələrdən ibarət kitabının bütün
nüsxələrini satmaqla 3.5 milyon rubl (61 min manat) qazanıb.

Cixisyolu.com-ın verdiyi məlumata görə, o, bu barədə özünün “Instagram” səhifəsində
xəbər verib.

Teleaparıcı oxucularına “yarım kəlməyə olan sevgilərinə görə” təşəkkür edib.
O, bütün vəsaitin “Mayaklı ev” uşaq hospisinə köçürüləcəyini bildirib.

Qeyd edək ki, “Həyatın şişmiş vəziləri” kitabı yalnız adı, mündəricatı və
Urqantın üzü ilə sfinks təsviri olan üz qabığından ibarətdir.

Source link