ea7f6e2a-bd10-4cfd-a5b1-ce5d24a99401..jpg

Rusiyalı məşhur aktyor xəstəxanadan evə buraxıldı

Baxış sayı: 432 dəfə baxılıb.

Rusiyalı məşhur aktyor xəstəxanadan evə buraxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnfarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Rusiyanın xalq artisti Mixail
Boyarski evə buraxılıb.

Bu barədə aktyorun həyat yoldaşı Larisa Luppian bildirib. Məlumata görə, o,
artıq özünü yaxşı hiss edir.

Xatırladaq ki, ötən həftə qəfildən halı pisləşən
tanınmış aktyor və ifaçı ürək tutması ilə
xəstəxanaya yerləşdirilmişdi.

Oğlu Sergeyin dediyinə görə, xoşbəxtlikdən həmin vaxt onun yanında anası olub
və vəziyyətə dərhal müdaxilə edilib. Yoxsa bu, aktyor və ifaçı üçün ölümlə
nəticələnə bilərdi.

Mənbə: RT.ru

Source link