8ac15da7-1af4-4ba3-9ad4-72b5aea51b3f..jpg

Rusiyalı məşhur müğənni ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Baxış sayı: 592 dəfə baxılıb.

Rusiyalı məşhur müğənni ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Rusiyalı məşhur musiqiçi və bəstəkar İqor Nikolayev səhhətində problemlə
əlaqədar xəstəxanaya yerləşdirilib.

İlkin müayinədən sonra ifaçının ürəyində problem müəyyən olunub və o,
reanimasiya şöbəsinə köçürülüb.

Həkimlər Nikolayevin vəziyyətini ağır kimi qiymətləndirirlər. Tibb işçilərinin
sözlərinə görə, əməliyyat barədə qərarlarını hərtərəfli müayinədən sonra
açıqlayacaqlar.

Qeyd edək ki, müğənninin səhhətində yanvar ayında da ciddi problem olmuşdu.
Həmin vaxt təcili xəstəxanaya aparılan ifaçının ürəyinə iki stent qoyulmuşdu.

Mənbə: “112” “Telegram” kanalı

Source link