c4219116-da92-4543-9fb5-903fb99f3328..jpg

Rusiyalı məşhur reper axtarışa verildi – FOTO

Baxış sayı: 522 dəfə baxılıb.

Rusiyalı məşhur reper axtarışa verildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı reper “Oxxxymiron” (Oksimiron, əsl adı – Miron Fyodorov) axtarışa
verilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında xəbər verilib.

Bildirilib ki, musiqiçi “Cinayət Məcəlləsinin maddəsi ilə” axtarışa verilib.

Hüquq-mühafizə orqanlarının yerli mediaya açıqlamasına görə ifaçıya qarşı
Rusiyanın xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş
vəzifələrdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, “Oxxxymiron”u cərimə və BƏƏ-də çıxış etmək
qadağası gözləyir. Aydınlaşdırılıb ki, yerli dövlət qurumları reperi etnik
nifrətin qızışdırılmasına və siyasi bəyanatlara görə yoxlayır. Buna səbəb
Oksimironun yanvarın 11-də Dubayda verdiyi konsertdə Rusiya əleyhinə
açıqlamaları olub.

2023-cü ilin oktyabrında Sankt-Peterburqun Oktyabr Rayon Məhkəməsi
“Oxxxymiron”un treklərindən birinin Rusiyada yayılmasına qadağa qoyub. Musiqi
əsərində Rusiyanın ərazi bütövlüyünün pozulması ilə nəticələnə biləcək hərəkətə
çağırışlar müəyyən edilib.

Mənbə: TASS

Source link