Rusiyalı məşhur reperin evi yandırıldı, özü isə müəmmalı şəkildə itkin düşdü –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın tanınmış reperi “Sir-J” (Sergey Bulavintsev) itkin düşüb. O,
dekabrın 30-na keçən gecə yoxa çıxıb. Eyni zamanda onun evi də yanıb.
Qonşular ifaçının öldürülə biləcəyini və onun izlərini gizlətmək üçün evin
yandırıla biləcəyinə inanırlar. Bu versiyanın tərəfdarları hesab edirlər ki,
könüllülər və kinoloqlar cinayətin izini Rastorquyevo ərazisində ən yaxın
dərələrdə axtarmalıdırlar.
Qonşuların sözlərinə görə, yanğından az əvvəl onlar Bulavintsev və naməlum
kişi arasında dava səsi eşidiblər. Həmçinin qadın səsi gəlib, ancaq onun
kimliyi bilinmir. Əldə olunan məlumata görə, reperi Rastorquyevo stansiyasında
bilet bələdçisi görüb. O, evinin yandığını, indi maşınla Ojerelye tərəfə
getdiyini deyib.
Hüquq-mühafizə orqanlarından məlumat təsdiqlənib. Bildirilib ki, o, Moskva
yaxınlığındakı Vidnoyedən qatara minib, ancaq hansı istiqamətə getdiyi məlum
deyil.
“Hələ də əlaqə saxlamayıb. Polis onun axtarışlarına davam edir”, – deyə hüquq
mühafizə orqanlarındakı mənbədən vurğulanıb.
Bulavintsev 90-cı illərin əvvəllərində hip-hop yazmağa başlayıb. O, “Bust
A.S!”, “D.O.B.”, “D.O.B. Community” qruplarının üzvü olub, həmçinin “Nonamerz”
və “Yu.Q” qrupları üçün prodüserlik edib.
Mənbə: “Mash” “Telegram” kanalı